İsrailli hərbi məmur: “İlk dəfə canlı hədəflərə hücum etdik”
Hurriyyet.org xəbər verir ki, aprelin 9-da Suriyanın Humus şəhərində həyata keçirilən və əksəriyyəti İran qüvvələrindən olan 14 nəfər şəxsin öldüyü hücum barəsində açıqlama verən israilli yüksək vəzifəli hərbi məmur Amerikanın nüfuzlu “Nyu-York Tayms” nəşrinə müsahibəsində deyib: “Bu, həm hərbi obyektləri, həm də insanları hədəfə aldığımız, canlı İran hədəflərinə qarşı həyata keçirdiyimiz ilk hücum oldu”.
Məmur İrana məxsus PUA-nın İsrailin hava ərazisinə daxil olmasından da danışıb: “Bu, yeni bir dövrün qapısını açdı”.
ABŞ prezidenti Donald Tramp bu il aprelin 8-də Suriyanın Duma rayonunda kimyəvi silahdan istifadə iddialarından sonra “Heyvan Əsəd bunun bahasını ağır şəkildə ödəyəcək” açıqlaması verəndən 24 saat keçməmiş Suriyanın Humus şəhərində yerləşən Tayfur hərbi bazasına hava hücumu keçirərək 14 nəfərin ölümünə səbəb olmuşdu.
Suriya hökuməti əvvəlcə ABŞ-ı ittiham eləsə də, Rusiya hücumun arxasında İsrailin durduğunu aşkara çıxarmışdı. Bundan sonra Suriya hökuməti “Bu hadisə, İsrailin təcavüzkarlığının nümayişidir”, – deyə bəyanat vermişdi. (Hurriyyet.org)
araz.az xəbər portalı.