Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.
araz.az oxuməni.az-a istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” xəbər verib.
Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib – bu, yay mösümündə gözləniləndən iki dəfə çoxdur.
Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.
Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.