Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov bu gün yenidən DTX-nın Hərbi Hospitalına köçürülüb.
araz.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında Eldar Həsənov istintaq hərəkəti zamanı növbəti başgicələnməsi isə yıxılması olub:
C.Cavadov bütün bunları və müvəkkilinin 66 yaşının olmasını nəzərə alaraq, Baş prokurordan Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verilməsini xahiş edib.
araz.az xəbər portalı.