Qırğızıstanın birinci prezidenti hazırkı iqtidara təhvil verilib.
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti ölkənin ilk prezidenti Əskər Akayevin həbs edilərək, Bişkekə ekstradisiya edilməsi ilə bağlı sensasiyalı xəbər yayıb.
Xatırladaq ki, Ə. Akayevin devrilməsi ilə başa çatan ilk rəngli inqilabdan sonra keçmiş prezident Moskvaya köçərək, 2005-ci ilin martından orada yaşayırdı.
Elmlər Akademiyasının keçmiş prezidenti və Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi bütün bu illər ərzində beynəlxalq axtarışda idi.
Əsgər Akayev 1992 -ci ildə “Kumtor” layihəsi ilə bağlı ümumi müqavilənin bağlanması, 1994-cü ildə sözügedən layihəyə edilən dəyişikliklər, eləcə də 2003-cü ildə “Kameko” şirkəti ilə ümumi müqavilənin restrukturizasiyası zamanı aşkar edilən korrupsiya faktı ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlanılmışdı.
Selcan
Sfera.az
araz.az xəbər portalı.