1627912305 228798366 958733271635280 5482523414931391569 n

Rusiya siyasi arenasının əyyaşı və təlxəyi Vladimir Jirinovski vəziyyətinin rusca olduğu bu günlərdə sərsəm açıqlamaları ilə diqqəti özünə çəkib. Rusiyada yaşayanlar, bu ölkənin mühitinə bələd olanlar yaxşı bilir ki, burda “zapoya” gedən azı 5-10 gün özünə gələ bilmir.

Jirinovskinin bu halı heç də ilk deyil, onun dediklərini də heç vaxt heç kim ciddiyə almayıb. “Paxmel” vəziyyətdə deyilən cəfəng söz yığınına yenə də məhəl qoymazdıq, amma, “bu torpaqlar bizimdir, biz olmasaq, hakimiyət devrilər, falan, filan.” – hə bir də bu əyyaşın cənab Ali Baş Komandana xitabı məcbur etdi ki, söhbəti elə russayağı xırdalayaq. Jirinovski ölkəmizə, millətimizə, hətta ölkəmizin başçılarına zaman-zaman atmacalar atıb, aşağılamağa çalışıb. Onun hər üzünü görmüşük. Və hər sərsəmləmədə bu üzün arxasında kimlərin durduğuna, kimin beyni və dili ilə danışdığına da şahidlik etmişik. Təsadüfi deyildir ki, Kremlin açıq deyə bilmədiyi fikirləri onun təlxək çıxışlarında eşitmişik. Jirinovski nəsə danışmağa başlayanda axşam onun kimlərlə bir məclisdə olduğunu asanlıqla təyin etmək olar. Həm də Jirinovski tək deyil, 44 günlük müharibədə Rusiyanın siyasi meydanında kimlər “narahat” oldu, gördük, yadda saxladıq. Yeri gələndə sərt üzümüzü də göstərdik. Jirinovskinin budəfəki çıxışı ona bənzəyirdi ki, axşam oturub məhz bizi, cənab prezidenti xeyli müzakirə ediblər. Necə oldu axı bu? Necə oldu ki, İlham Əliyev bütün Cənubi Qafqazı bir tək yumruğu ilə ram edə bildi? Dünya bir yana, Rusiyanın gözləri qarşısında  gülə-gülə, zarafatlaşa-zarafatlaşa, həm də döyüşə-döyüşə öz dediyini elədi, qalib oldu! Qalibiyyət də bir qırağa, elə bir liderlik qazandı ki, sözünün üstünə deyiləcək söz qalmadı. Məhz belə məqamlarda qapı açılır və Jirinovski adlı bir köpək hamının əvəzinə hürməyə başlayır. Qapı nə qapıdır, hardan açılır, Jirinovskinin yuvası hardadır, bunu gözəl bilirik. Dişsiz köpəyə ən yaxşı cavab ancaq gülməkdir. Jirinovski unutmasın ki, “nooldu Paşinyan?”ın başqa variantları da var. İstənilən halda Paşinyanın vəziyyəti bir nümunədir. Nəticə çıxarmaq üçün isə, gərək Jirinovski “zapoy”dan ayılsın. Bu isə hələ real olan iş deyil. Real olan odur ki, Azərbaycanda hiddətlə qarşılanan bu olaya təpgi, deyəsən qarşı tərəfi silkələyib. Məsələ ilə əlaqədar Azərbaycan tərəfin rəsmi qaydada Jirinovskiyə verdiyi cavab – nota rus mətbuatını da qıcıqlandırıb. Bir növ Jirinovskiyə köməyə gəliblər sanki. 

“Komsomolskaya pravda” – nın jurnalisti Aleksandr Kots guya ki, Jirinovskinin dediklərinə etiraz olaraq verdiyimiz notaya qəzəblənib, öz ağlına uyğun bir yazı dərc edib. “Keçmiş SSSR-də yaşayan ruslara Rusiyaya qayıtmaları üçün necə kömək edək?” başlıqlı yazının Azərbaycanla bağlı hissəsində deyilir.

Sitat: “Azərbaycan Rusiya ilə normal əlaqələri qoruyub saxlamağa məcburdur. Digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da onlara məxsus olan “öz rusları” var. Məsələn, Azərbaycanın Milli Məclisində 30 ilə yaxındır ki, deputat olan Mixail Zabelin var. Onun rolu ondan ibarətdir ki, hər zaman kameralar qarşısında desin ki, dünyanın heç bir yerində ruslar Azərbaycanda yaşadıqlarından gözəl yaşamırlar. Qeyd edim ki, o rəsmi olaraq rusdur” – sitatın sonu. 

Məqalədə jurnalist MDB ölkələrində yaşayan rusların siyahısını da dərc edib. Statistikaya görə hazırda Azərbaycanda 119 min, Ermənistanda isə cəmi 11 min rus yaşayır. Bacardığı qədər Azərbaycanı qaralamağa çalışan yazar özü də istəmədən, əslində həqiqətləri deyərək, əksinə Azərbaycanı ucaldıb. Eynilə Jirinovski kimi. Bizim idi, indi bizim deyil. Asarıq, kəsərik.. O dövran getdi, tovarişlər. Deyin ki, uda bilmirik. Azərbaycanın qalibiyyətini, uğurlarını, zəfərini, güclənməsini həzm edə bilmirik. Bu olsun başqa məsələ.

P.S. Bu arada nə yaxşı ki, “Komsomolskaya pravda” qəzetinin jurnalisti Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelini yadımıza saldı. Əslində Jirinovskiyə ilk reaksiya verən o olmalı idi. Lalın dilin anası bilər, axı.Ну что, господин Забелин, а вам слабо, ответить Жириновскому? Лучше поздно же, чем никогда.

Lamiyə RÖVŞƏNQIZI
Missiya.Az

araz.az xəbər portalı.