bandicam 2021 08 03 18 21 51 477

Bu gün deputat toxunulmazlığı əlindən alınan və saxlanılan Eldəniz Səlimovun fiziki təzyiq göstərib, xəsarət yetirdiyi Xaçmaz RPŞ-nin əməkdaşı Zaur Mirzəyev hazırda hospitalda müalicəsini davam etdirir.

Bu sözlər axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyulun 28-dən 29-na keçən gecə, saat 01 radələrində Xaçmazın “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov qanunun icrasını tələb edən polis əməkdaşı Z.Mirzəyevi döyərək, ona xəsarət yetirib.

Fakt üzrə Baş Prokurorluqda CM-nin 309.2-ci maddəsi ilə cinayət işi açılıb. Bu gün deputat toxunulmazlığı ləğv edilən E.Səlimov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.