Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.
Bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib.
Atam Oqtay Gülalıyev in qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib. Bu gün səhər saatlarında qastrostomiya borusu boşluqdan çıxdığı üçün saat 08.30-a yaxın Topçubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyi ilə həmin xəstəxanada qastrostomiya borusunun bərpası olub. Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra, qastrostomiya borusu ilə yemək verildikdə, titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasının səbəbini beyinlə əlaqələndirir. Hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq” – T.Gülalıyev bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.