WhatsApp Image 2021 01 26 at 23.48.21

Azərbaycan bölgədə sülh və əmin-amanlığın hakim olması üçün, Ermənistana bu şansı yaradır

10 noyabr üç tərəfli bəyanatından sonra özünü Azərbaycana Qarabağa soxuşduran rus sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiya indiyə qədər verdiyi açıqlamalarda mandatına uyğun olaraq xidmət apardığı yox, “tapşırıqları yerinə yetirir” kimi ifadələrlə rəsmi məlumatlar verir. Belə məzmunlu açıqlamaların mahiyyəti isə ondan ibarətdir ki, rus sülhməramlıları Azərbaycan ərazisində ancaq öz hərbi-siyasi rəhbərliyinin tapşırıqlarını yerinə yetirir və onlar üçün fəaliyyət dairəsini tənzimləyən heç bir beynəlxalq sənəd yoxdur. Baxmayaraq ki,  Rusiya öz sülhməramlıları ilə bağlı Azərbaycanla hər hansı bir sənədin imzalanmasını istəyir. Azərbaycan isə hərbi-siyasi perspektiv baxımından belə sənədin imzalanmasında maraqlı deyil və Qarabağda 10 noyabr bəyanatına uyğun yerləşdirilmiş rus sülhməramlılarını  “müvəqqəti yerləşmiş”  ifadəsi ilə adlandırır, rəsmi məlumatlar verir. Təbii ki, bununla Azərbaycan öz ərazisində yerləşdirilmiş rus sülhməramlılarının müvəqqəti olduğunu və beş ildən artıq müddətə qalmayacağını işarə edir. Rus siyasətçiləri, politoloqları və eləcə də Rusiya hakim dairəsinin təmsilçiləri isə rus ordusunun Azərbaycanda uzun müddətə qalacağını bu və ya digər formada dilə gətirir, Azərbaycana təzyiq, şantaj və hətta hədə-qorxu gəlirlər. Elə Rusiya LDP-nın sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son sərsəm açıqlaması buna misaldır hansı ki, Jirinovskinin məlum çıxışı ilə bağlı Azərbaycan Rusiyaya  NOTA da verdi.                 
Ermənistan Azərbaycan dövlət sərhədində yaşanan gərginliyin xaotik olmadığı bəllidir və təbii ki,  gərginlikdə ABŞ, Fransa və Rusiyanın  hər birinin öz maraqları, hədəfləri var. Rusiya bölgədə və eləcədə Azərbaycanda hərbi mövcudluğunu möhkəmləndirmək, ABŞ və Fransa isə gərginlik əsnasında bölgəyə siyasi-diplomatik və hətta hərbi müdaxilə əldə etmək niyyətindədir. Vəziyyətin nəzarətdən çıxacağına ümid edən və heç vaxt Azərbaycana qarşı düşmənçiliyindən əl çəkməyən İran da aktiv və artıq açıq şəkildə Ermənistana dəstək verir və bu üçlüyə (ABŞ, Fransa, Rusiya) qoşulub (hərçənd ki, heç vaxt da ayrılmamışdı). Bu üçlük: ABŞ, Fransa və Rusiya ardından Ermənistan Azərbaycan sərhədində Ermənistan tərəflidən gələn İran rəsmiləri İranın xarici işlər naziri Cavad Zərifin səsləndirdiyi “Ermənistanın sərhədləri İranın qırmızı xəttidir” fikrini və düşmənçiliyini bir daha təsdiqləmiş oldu. 
Bu üçlük və İran müharibədən möhtəşəm qələbə ilə çıxmış   Azərbaycanın uğurlarını, müharibənin faktiki nəticələrini məhv etmək istəyirlər. Bu arada bir məqamı da xatırladım: 1-ci dünya müharibəsində Rus imperiyası da qalib tərəf kimi müharibədən ayrıldı ancaq, faktiki olaraq məğlub tərəfə çevrildi. Bəlkə Rusiya öz başına gələnləri Azərbaycan tarixi kimi təkrarlamaq niyyətindədir?   
Analogiyası o qədər də uyğun olmasa, da İsraili də sövdələşmiş ərəb ölkələri dəfələrlə məhv etmək istəyib, ancaq İsrail isə tək başına qalib olub. Azərbaycanın isə qanı, canı bir olan Türkiyə kimi müttəfiqi var.                                                                                                        
Əsl həqiqətdə və mübadiləsiz Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsaslı şəkildə Ermənistanın maraqlarını tam uyğundur. Çünki, məhz Ermənistan Azərbaycan torpaqlarında qurulmuş dövlətdir. 1918-ci ildə qurulmuş Azərbaycan xalq Cümhuriyyətinin ərazisi, sərhədləri eləcədə Ermənistanın və Gürcüstanın sərhədləri və ərazisi 1920-ci ildə Paris Sülh Konfransında  dünya dövlətləri tərəfindən tanınıb. Bolşevik Rusiyası tərəfindən işğal edilən Azərbaycan əraziləri və o cümlədən Zəngəzur bölgəsi Azərbaycanın razılığı olmadan Ermənistana və digər ərazilərimizin bir hissəsi Rusiya və Gürcüstana birləşdirilib.  İndiki Rusiya isə SSRİ-nin varisi, Azərbaycan, Ermənistan və Gürcüstan isə özünü 1918-ci il də özünün müstəqilliyini elan etmiş və Paris Sülh Konfransında dünya tərəfindən tanınmış respublikalarının varisləri olduğunu elan edib.  Beynəlxalq hüquqa görə Azərbaycan bu dövlətlərdən öz ərazilərinin geri tələb etməsində haqlıdır. Ona görə də Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olması Azərbaycanın Ermənistana ən böyük güzəştidir. Əgər Ermənistan bu şansı əlindən buraxarsa onda gələcəkdə öz ərazi bütövlüyünü və dövlətçiliyini böyük risk və şübhə altına atır. Bu, sözün düzü Azərbaycanın strateji maraqlarına uyğun gəlir, ancaq Azərbaycan bölgədə sülh və əmin-amanlığın  hakim olması üçün Ermənistana bu şansı yaradır. Seçim Ermənistanındır…

 

Vüqar DADAŞOV,

hüquqşünas, Qarabağ qazisi.

araz.az xəbər portalı.