tia 1fb89a9d737c1b7dfb92418298d3ecb0 15mwx2gearsz79nk0ovt 640x336

 
“Rusiya postlarının Tavuş vilayətində qurulması anklav ərazilərin Azərbaycana qaytarılması ilə bağlı ola bilər”.
araz.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə “Şərəf duyuram” blokunu üzvü Tiqran Abramyan açıqlama verib.
O, Ermənistan hakimiyyətini bununla bağlı məlumatları xalqdan gizlətməkdə ittiham edib.
“Artıq bəzi proseslər ictimaiyyətdən gizli şəkildə aparılır. 102-ci hərbi bazanın ölkənin fərqli yerlərində zastava və müdafiə məntəqələrini qurmasını normal qarşılayıram. Amma hökumət mətbuatda məlumatların çıxmasından öncə bu barədə informasiya verməlidir”- Abramyan deyib.
Qeyd edək ki, hazırda Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.
 
araz.az xəbər portalı.
 

araz.az xəbər portalı.