Xəbər verdiyimiz kimi keçmiş birlik komandiri, general-leytenant, Milli qəhrəman Rövşən Əkbərov illər əvvəl Ukraynada törətdiyi qətl hadisəsinə görə həbs olunub. Hazırda onun məhkəmə prosesləri gedir. Bir neçə gün əvvəl onun oğlu Telman Əkbərovun da adına olan obyektə, keçmişdə atasının komandir olarkən tabeliyində olan əsgərləri fəhlə kimi işlətməsi, orada bir əsgərin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
araz.az bildirir ki, manset.az məlum hadisələrdə adı hallanan Telman Əkbərovun özünü tapa bilib.
Telman Əkbərov atası və özü ilə bağlı cəmiyyətdə ciddi rezonans doğuran bu hadisələrlə bağlı Manset.az-ın suallarını cavablandırıb.
“Mən həmişə mətbuatdan uzaq durmuşam. Heç vaxt geniş açıqlama verməmişəm. İlk dəfədir, bu müsahibə də plansız baş tutur.”
– Rövşən müəllimlə görüşmüsünüz, səhhəti necədir, özünü necə hiss edir?
– Məhkəmədə görmüşəm, şükür Allaha, səhhəti yaxşıdır. Özünü yaxşı hiss edir. Dövlətimiz necə lazımdır generalını, Milli qəhramanını qoruyur. Arxasında da dayanır.
– Hazırda atanızın məhkəmə presesləri gedir, nə deyə bilərsiz?
– Düzdür, mən atamın bu qətli törətdiyinə inanmıram. Ancaq, qanunlar var, polis prokurorluq bununla bağlı araşdırma edib, istintaq aparılıb. Biz qanunlara, dövlətimizə inanırıq. İnanıram ki, hər şey yaxşı olacaq. Səhvdirsə səhv, düzdürsə düz. Əgər mənim atam səhv nəsə edibsə, təbii ki, cəzasını alacaq. Biz insanıq. Allah tərəfindən yaradılmış insanıq. Hər şey ola bilər. Heç bir adam heç nədən sığortalanmayıb.
– Atanızı istəməyən adamlar var dediniz, bunun məlum hadisələrlə nə əlaqəsi var? Onlar bu hadisələrə nə formada təsir edə bilər?
– Atamı istəməyən insanlar ola bilər. Ancaq, biz qanunlara inanırıq . Prezidentimizə inanırıq. Mənim atam vicdanla dövlətinə xidmət edib. Mən ədalətə inanıram.Məhkəmə nə qərar verəcək görəcəyik. İnanıram ki, məhkəmənin qərarı ilə bəzi məsələlərin nə formada olduğu aydınlaşacaq. Məndən nəsə istəməyiblər, heç bir məlumat istəməyiblər, hər halda hər şey aydınlaşacaq. Dövlətimiz bilir, Rövşən Əkbərov kimdir, nə işlər görüb, nələr edib. Dövlətimiz və Cənab Prezidentimiz atamın fəaliyyətini bilir. İnşallah, bunlara qiymət veriləcək.
– Qarşı tərəflə danışmısız? Onlar bu barədə nə deyir?
– Onlar bu günə kimi elə bilirlər ki, hadisəni atam törədib. Yəni, atamı günahkar bilirlər. Bu barədə geniş danışmayacam. Mən qanunlara inanıram. Mənim atam hazırda çətinlikdədir deyə, demirəm. Rövşən Əkbərov dövlətinə sədaqətlə xidmət edib. Ümummilli lider Heydər Əliyev mənim atama həmişə qiymət verib. Cənab prezident də yüksək qiymət verib. Bu gün də nəsə xidmətində səhv varsa və ya həyatında nəsə səhvlik edibsə, buna da qiymət veriləcək.
– Məhkəmədə yüksək çinli məmurların şahid kimi adları çəkilir, bu barədə nə deyə bilərsiz?
– Mən onları tanımıram. Yəni dövlət məmuru kimi tanıyıram. Onlar özləri hər şeyi yaxşı bilir. Şahid kimi nə deyiblər, bilmirəm. Hər kəsin vicdanı onun Allahıdır. Bu barədə də yenə də qanunlara arxalanırıq. Hüquq-mühafizə orqanlarına, məhkəməyə inanıram.
– Sizinlə bağlı da ittihamlar var, bu barədə fikirlərinizi bilmək istərdik.
– Bunlar boş söhbətlərdi. Hər bir kəsin adına nəsə ola bilər. Hər şey araşdırılıb. Hər kəs qanun qarşısında eynidir. Heç kəs qanundan qaça bilməz. İnşalah, hər şey yaxşı olacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.