big 1628318612 gulr

 
Sabiq deputat Gülər Əhmədova Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovu məhkəməyə verib.
 
araz.az xəbər verir ki ,bu barədə Qaynarinfo-ya Əflan İbrahimovun məlumat verib. Partiya sədrinin sözlərinə görə, buna səbəb onun LAF TV-dəki çıxışıdır:
“Gülər Əhmədovanın bir neçə çinayətdə əli var. Mən demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr və göstərişlərin yerinə yetirir. Həmin çıxışdan sonra Gülər xanım məni məhkəməyə verib. Gülər xanımın özü də, oğlu da həbsdə olub. İndi Hafiz Hacıyevin partiyasında sədr müavinidir. Onun siyasi partiyada müavin olub xalq adından danışmağa da ixtiyarı yoxdur”.
Əflan İbrahimov bildirib ki, işə avqustun 11-də Abşeron rayon Məhkəməsində baxılacaq.
Sabiq deputat Gülər Əhmədova da Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:
“Xüsusi ittiham qaydasında onu məhkəməyə vermişəm. Səbəb LAF TV-dəki çıxışıdır”.

 
araz.az xəbər portalı. 

araz.az xəbər portalı.