Tokio-2020-də 16-cı və sonuncu gün geridə qaldı.Reyting.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb.
Olimpiadanın sonuncu günündə medal sıralamasının zirvəsində dəyişiklik baş verib. Hesabına 3 qızıl medal əlavə edən ABŞ (39 qızıl, 41 gümüş, 33 bürünc) Çinin bir neçə gündür ki, davam edən liderliyinə son qoyub və Tokio-2020-ni birinci sırada tamamlayıb.
Çin (38 qızıl, 32 gümüş, 18 bürünc) ikinci, Yaponiya (27 qızıl, 14 gümüş, 17 bürünc) isə üçüncü olub.
Aktivində 3 gümüş, 4 bürünc medal olan Azərbaycan Tokio Yay Olimpiya Oyunlarını 67-ci sırada bitirib. Bu, müstəqillik tariximizdə qeydə alınmış ən pis göstəricidir.
Qeyd edək ki, Tokio-2020-də İrina Zaretska, Rafael Ağayev (hər ikisi karate) və Hacı Əliyev (sərbət güləş) gümüş, Rafiq Hüseynov (yunan-Roma güləşi), Mariya Stadnik (sərbət güləş), İrina Kindzerska (cüdo) və Alfonso Dominqes (boks) isə bürünc medal qazanıblar.
1. ABŞ – 39 qızıl, 41 gümüş, 33 bürünc (113)
2. Çin – 38 qızıl, 32 gümüş, 18 bürünc (88)
3. Yaponiya – 27 qızıl, 14 gümüş, 17 bürünc (58)
4. Böyük Britaniya – 22 qızıl, 21 gümüş, 22 bürünc (65)
5. ROK (Rusiya Olimpiya Komitəsi) – 20 qızıl, 28 gümüş, 23 bürünc (71)
6. Avstraliya – 17 qızıl, 7 gümüş, 22 bürünc (46)
7. Niderland – 10 qızıl, 12 gümüş, 14 bürünc (36)
8. Fransa – 10 qızıl, 12 gümüş, 11 bürünc (33)
9. Almaniya – 10 qızıl, 11 gümüş, 16 bürünc (37)
10. İtaliya – 10 qızıl, 10 gümüş, 20 bürünc (40)
—
67. Azərbaycan – 3 gümüş, 4 bürünc (7).(Matç.az)
araz.az xəbər portalı.
araz.az xəbər portalı.