ufak

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının Erhan Güllüsü aktyor Erhan Ufak həyat yoldaşı ilə Bakıda “Nisan” filminin mətbuat konfransına qatılıb.

Erhan Ufakı həyat yoldaşı Sürəyya Ufak yalnız buraxmayıb. O, iki övladı və xanımı ilə Bakını həm də gəzəcəyini bildirib.

Aktyor Musavat.com-a açıqlamasında deyib ki, Bakıda yaşamaq fikri var:

“Bu dəfə ailəmlə gəldim. Bilirsiniz ki, burada “Sanat Akademiyası” açdıq. Mən də orada dərs deyirəm. İşlər yaxşı getsə, Bakıdan ev alıb, burada yaşayacağam”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.