Bu günlərdə İctimai Televiziyada efirə gedən “Alça ağacının altındakı məzar” sənədli filmi tamaşaçıların marağına səbəb oldu.
Film Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabından eyni adlı hekayətin əsasında çəkilib. Filmin ssenari müəllifi Vüsalə Məmmədova, quruluşçu rejissoru isə Xürrəm Nəbibidir.
Filmdə əsirlikdə 7 yaşlı oğlunu həyətində öz əlləri ilə dəfn edən Ağdam sakini Xəqani Əliyev 28 il sonra geriyə qayıdıb, övladının məzarını axtarır. O, məzarda tək oğlunun sümükləri ilə deyil, həm də erməni vandalizminin izi ilə qarşılaşır.
Film tamaşaçılara rus dilində alt yazı ilə təqdim edilir. Yaxın zamanlarda isə ingilis dilinə tərcüməsi başa çatacaq.
Fotoqraf Ramil Yunusun filmin çəkiliş prosesindən hazırladığı fotoreportajı təqdim edirik:
FOTO: Ramil YUNUS
araz.az xəbər portalı.