Bəzi preparatların həddən çox dozası ciddi nəticələrə gətirib çıxara bilər.
“Vitaminlərin nəzarətsiz qəbulu hipervitaminoza gətirib çıxara bilər. Buna əsasən yağda həll olan A, D, E, K vitaminləri aiddir. Yağda həll olan vitaminlər yavaş-yavaş xaric olur. Digərlərinə nisbətən A və D hipervitaminozu daha ağır keçir“, – deyə həkim-endokrinoloq Yelena Juçkova izah edib.
araz.az medikforum.ru–ya istinadən xəbər verir ki, həkim tərkibi bir günlük istehlakı nəzərə alaraq tənzimlənmiş polivitaminləri qəbul etməyi məsləhət görüb. Əlavə edib ki, hər kəsin miqdarını özü nizamladığı monopreparatlar çox təhlükəli ola bilər.
Məsələn, D vitamininin həddən artıq qəbulu haqqında orqanizm ürək bulanması, qusma və qaşınma ilə işarə verə bilər. O, daxili orqanlarda artıq kalsiumun toplanmasını təhrik edir, sümük sisteminin xəstəlikləri daxil olmaqla hamilələrdə uşağın müxtəlif patologiyalarına səbəb ola bilər.
Böyük miqdarda A vitamini, həmçinin ürək bulanması, görmə problemləri, saçların tökülməsi və bəzi orqanların işində pozmalar ilə müşayiət olunur.
E vitamini həzm yolu problemləri, zəiflik və baş ağrıları gətirə bilər.
K vitamini isə qanazlığının səbəbi ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, vitaminlərin qəbulunun ən yaxşı üsulu, tərkibində həmin vitaminlər olan məhsulların qəbuludur. Sağlam qidalanma mükəmməl variant hesab olunur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.