Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar”, 2021-ci ilin altı ayı ərzində, 50-də artıq yeni baza stansiyası quraşdırıb. Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28 faiz yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23 faiz çoxalıb.
Bu barədə, “Nar”dan araz.az-a daxil olan məlumatda bildirilib. Məlumatda o da qeyd edilib ki, “Nar” bu il işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməyə başlayıb. Artıq, Şuşa şəhəri, Hadrut yolu da daxil olmaqla, Xocavənd və Cəbrayıl rayonlarında 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Ümumən götürdükdə, “Nar” 8780-dən artıq baza stansiyası ilə, ölkə əhalisinin 99,9, ölkə ərazinin isə, 90 faizini şəbəkə ilə əhatə edib.
Ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Həm də sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.