1628505180 970844

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.


araz.az  lent.az-a istinadən xəbər verir ki, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur.

Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb.

Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş.

O, mərhumun üzərindən 5 milyon rublu ( təxmini 117 min manat ) götürərək aradan çıxıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.