9c5751a1-4bb5-403e-b3cb-acfa6549ba82_1073.jpg

Sevilən aktyor, əməkdar artist Rəhman Rəhmanov Xəzər TV-də yayımlanan “Evdəkilərə salam” verilişində ortancıl oğlu İlhamın ölümündən danışıb.

Open.az xəbər verir ki, aktyor kiçik oğlu Emil kimi ortancıl oğlunun da səsinin gözəl olduğunu vurğulayıb:

“Mənim ortancıl oğlum İlham dünyasını dəyişib. Onun mahnı oxumağa böyük həvəsi var idi. Səsİ çox gözəl olan bir müğənni idi. Demək, biz ikinci mərtəbəni tikdirmişdik, balkonun da məhəccəri yox idi. İlhamın ayağı ilişdi və yerə yıxıldı. Beyninə kiçik bir qənbər girdi və beləcə faciəvi şəkildə 27 yaşında dünyasını dəyişdi. Özü də onu hələ təzə evləndirmişdim”.

araz.az xəbər portalı.