Bu gün səhər saatlarında yazıçı, jurnalist Elşad Barat bizon enerji alıb içib, içindən şüşə çıxıb. Bu məsələ ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Elşad Baratin mədəsində küt ağrılar başlayıb, məcbur olub, həkimə müraciət edib. Hazırda xəstəxanadadır. Mədəsi yuyulur. Bu haqqda onun özü facebook hesabında paylaşım edib,
araz.az Azerbaycanrealligi.com-a istinadən həmin paylaşımı oxuculara təqdim edir:
Elşad Barat
Bu gün məlum məsələyə görə mədəmdə küt ağrılar başladı. Düşündüm ki, keçər, keçmədi. Məcbur olub həkimə müraciət etdim. Xəstəxanada mədəmin şüşələrinin şəklini çəkdirirdim. Bu vaxtı qızım zəng etdi, anasının telefonundan, 8 yaşı var. Soruşdu ki, ata, həkim əmi nə dedi? O anda dünya başıma fırlandı. Bilirsiz nə yadıma düşdü? Şair Əlisəmid Kür həbsxanada olanda qızı zəng edir, şair danışanda səs kəsilir, birdən təkrarən səs gəlir, qızı deyir ki, ata, məni eşidirsən? Söhbətdən sonra Əlisəmid Kür bir şeir yazır, o şeirdə belə misralar var: “Ata, məni eşidirsən? Qızım, mən səni görürəm”. Qızımın “ata, həkim əmi nə dedi?” Sualından sonra bir anlığa öz-özümə düşündüm ki, bu şüşələr məni öldürsə də, ölməyəcəm, qızlarıma görə yaşayacam.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.