1628538051 81796

Kiyev polisi Rusiya əsilli İsrail vətəndaşının başçılıq etdiyi bir qrup əcnəbidən ibarət quldur dəstəsini yaxalayıb.


Reyting.az “Walla”ya istinadən xəbər verir ki, dəstə 2020-ci ilin əvvəlindən təxminən 150 turistə qarşı fırıldaqçılıq edib. Onlarla əlbir olan ofisiantlar müştərilərin qarşısına dəyərinin on qatına bərabər olan hesab qoyub.

Turistlər ödənişdən imtina etdikdə dəstə üzvləri onlara qarşı zorakılıq və ya psixoloji təzyiq tətbiq ediblər. Dəstə turistlərin pullarını, cib telefonlarını və zərgərlik əşyalarını soyublar.
İsrail vətəndaşı artıq bank fırıldaqçılığına görə İnterpol tərəfindən axtarışda idi.

Həbs edilən dəstə üzvləri arasında Ukrayna və Azərbaycan vətəndaşlarının da olduğunu söylənir.

Hazırda Ukrayna prokurorluğu turistlərin ifadəsini qeydə alır.

Kiyevin mərkəzindəki üç tanınmış istirahət məkanında edilən soyuğunla məşğul 19-40 yaşlı quldurları 7-dən 10 ilə qədər həbs cəzası gözləyir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.