Son günləri ölkəmizdə kəskin istilər müşahidə olunur. İstilərin bir müddət davam edəcəyi və hətta temperaturun kölgədə 50 dərəcəyə çatacağı bildirilir. Bəs görəsən bu nə dərəcədə realdır?
Mövzu ilə bağlı Redaktor.az–ın suallarını ekoloq Samir İsayev cavablandırıb. Ekspert bildirib ki, anomal istilər qlobal iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirilə bilər:
“Qlobal iqlim dəyişikliyi artıq xeyli müddətdir başlayıb və bu proses davam edir. İqlim dəyişikliyi min illər bundan əvvəl də olub. Alimlər bu barədə neçə illərdir xəbərdarlıq edir. Biz artıq buna uyğunlaşmalayıq. Havaların kəskin isti keçməsi, qış fəslinin qısa müddət davam etməsi, yağıntların çox olmasına bamayaraq su qıtlığı problemi qlobal iqlim proseslərinin təzahürüdür. Təəssüf ki, bu qarşısı alınmaz bir prosesdir”.
Ekspert bildirib ki, insan faktoru prosesi daha da sürətləndirir:
“Atmosferin çirklənməsi, havada karbon qazının miqdarının normadana artıq olması da təsir edir. Son günlər bütün dünyada və eləcə də Azərbaycanda kəskin istilər müşahidə olunur. Dünyanın əksər ölkələrində meşə yanğınları qarşısı alınmaz həddə çatıb. Azərbaycanda da bu məsələ ciddi problemə çevrilməkdədir. Çünki iqlim dəyişikliyi və qlobal istiləşmə kompleks tədbirlər planı tələb edir. İstilərin artması virus xəstəliklərinin artmasına gətirib çıxarır. Hamı öz sağlamlıqlarının qayğısına qalmalıdır. İqlim dəyişikliyi insanların səhhətinə birbaşa təsir edir”.
Şəbnəm MEHDİZADƏ
araz.az xəbər portalı.