Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Krım Platforması Zirvəsinə qatılacaq ölkələrin sayının 37-yə çatdığını açıqlayıb.
araz.az xəbər verir ki, Kuleba Tvitterdəki paylaşımında daha 3 Avropa ölkəsinin Krım Platforması Zirvəsinə qatıldığını təsdiqlədiyini bildirib.
İştiraklarını təsdiq edən ölkələrin ümumi sayının 37-yə çatdığını deyən Kuleba qeyd edib: “Platformaya beynəlxalq dəstək getdikcə artır, daha çox təsdiq gözləyirik”.
Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilmiş Krımı beynəlxalq gündəmə gətirmək üçün avqustun 23-də Kiyevdə Krım Platforması Zirvəsi keçiriləcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.