Bu gün dünyada, xüsusilə qonşu Rusiya,Türkiyə, Gürcüstan və İranda COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur.
Təkcə Rusiyanın paytaxtı Moskvada son sutkada yoluxanların sayında 20 faiz artım qeydə alınıb, Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb, Gürcüstanda isə son sutkada 4 minə yaxın insan virusa yoluxub.
Həkim-mütəxəssis Könül İsmayılova bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır.
Onun sözlərinə görə, qonşu ölkələrlə yanaşı, Azərbaycanda da yoluxmanın artması bir neçə səbəbdən asılıdır. Burda ən böyük faktor “delta” ştamının sürətli yayılmasıdır.
Heç şübhəsiz, COVID-19-la mübarizə üçün Azərbaycan effektli tədbirlər həyata keçirib, xüsusilə dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb və bunun sayəsində müsbət nəticələr əldə olunub. Lakin buna baxmayaraq, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/TcxajMx-lDU’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.