Faktdır ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan hər bir şəxsin əziz xatirəsi yaddaşlarda yaşadılır, heç zaman da unudulmur. Məhz, onların göstərdikləri şücaətlər nəticəsində uzun illər ərzində erməni tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi altında davam edən hərbi əməliyyatlar zamanı ordumuz öz gücünü bütün dünyaya sübut etdi və şəhidlərimizin qanı yerdə qalmadı.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/9fGjoxFZeBg’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Bəli, bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən dövlət qayğısı, Azərbaycan Respublikasının daxili siyasətində əsas prioritet vəzifələrdən biri hesab olunsa da, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşananlar isə, fərqli məqamları varlığından xəbər verir. Çünki, Ərəbqubalı kənd sakini, şəhid Kamil Şirinovun atası Şirinov Altay Ağasəlim oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevə, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Müdafiə Naziri cənab Zakir Həsənova və digər vəzifə sahiblərinə ünvanladığı şikayət ərizəsinin bir surətini “Gündəm Xəbər” qəzeti redaksiyasına təqdim etməsi və üz-üzə qaldığı çoxsaylı problemlərin mahiyyətini tam çılpaqlığı ilə açıqlaması, sanki bizi dəhşətə gətirdi. Şəhid atası ünvanladığı şikayət ərizəsində yazır:
“Möhtərəm Ali Baş Komandan İlham Əliyev cənabları!
Bildirirəm ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının rəsmi icazəsi əsasında, 44 gün davam edən Vətən müharibəsində bizim kənddən şəhid olanların, o cümlədən şəhid övladım Kamil Şirinovun əziz xatirəsini əbədiləşdirmək məqsədilə, kənd ərazisində bulaq-abidə kompleksi inşa etdirmək qərarına gəldim. Qeyd edim ki, RİH başçısının tapşırığı əsasında, adı çəkilən qurumun memarı bulaq-abidə kompleksi inşa olunacaq əraziyə gəldi və bu məsələdə rəhbərliyin razı olduğunu bir daha diqqətimizə çatdırdı. Bulaq-abidə kompleksini inşa etdirməkdə başlıca məqsədim, azyaşlılara və gənclərə şəhid övladlarımızı örnək göstərmək və onlarda da vətənpərvərlik ruhunu qaldırmaq idi. Yəni, istərdim ki, onlar da Vətəni və xalq uğurunda hər zaman fədakatlıq nümayiş etdirsinlər, lazım gəldikdə bu yolda canlarından keçməyi də bacarsınlar. Mənim belə bir istəkdə çıxış etməyimə baxmayaraq, Ərəbqubalı kənd sakini, həmkəndlim, böyük təsərrüfat sahibi olan, eyni zamanda sahib olduğu var-dövlətinin həcmini, məbləğini bilməyən Əsədulla Nəsirov adlı şəxs, kənd şəhidlərimizin adına bulaq-abidə kompleksi inşa etdirməyə heç cür imkan vermir. Yəni, o, mənim var-yoxuma, şəhidlərin ölməz ruhuna söyməkdən belə çəkinmir. Baş verənlərlə bağlı həyata keçirilmiş video-çəklişdə hər şey açıq-aydın görünür. Ərəbqubalı kənd sakini olan Əsədulla Nəsirovun belə bir özbaşınalığı, qeyri-insani hərəkətləri ilə bağlı DİN-nin 102 xidmətinə üç dəfə məlumat versəm də, nədənsə Kürdəmir RPŞ-də həmin şəxslə bağlı heç bir tədbir görülmür. Hətta, xüsusi olaraq onu da qeyd edim ki, Əsədulla Nəsirova möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səndən şikayət edəcəyəm dedikdə o, ictimai yerdə hörmətli Prezidentimizin ünvanına heç bir etikaya sığmayan, insanlığa yaraşmayan addımlarını atıb, söyüş və təhqiramiz ifadələr də işlişlədir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/rsPA4jQ3oyc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Bundan əlavə, Əsədulla Nəsirov söyüş və təhqiramiz ifadələrlə üstümə hücum çəkib, boğazımdan tutub məni boğmağa da çalışıb, hətta o, “Darağın 30 gülləsini sənin qarnına dolduraram, ailə-uşağını yer üzündən silərəm də” deyib. Deməli, Əsədulla Nəsirovda silah var və o, dəqiq bilir ki, avtomat silahın içində neçə ədəd güllə olur. Əlimdə onun məni boğması barədə tibbi ekspert rəyi də var.
Möhtərəm Ali Baş Komandan!
Diqqətinizə onu da çatdırım ki, Əsədulla Nəsirov kənd şəhidlərimizin adına bulaq-abidə kompleksi inşa etdirmək üçün “KAMAZ” markalı nəqliyyat vasitəsi ilə əraziyə gətirtdiyim mişar daşlarını məcburi qaydada əlimdən alıb, 200 baş iribuynuzlu heyvanı olan fermasının ərazisinə boşaltdırdı. Əslində, bu cür addımın atılması insanlıqdan kənar hərəkət oldu. Bundan əlavə o, hazırda ailə üzvlərimi təhdid etmək fikirinə də düşüb. Ona görə də, bu gün onun atacağı hər addımdan ehtiyat edirəm. Yəni, Əsədulla Nəsirov hər cür kriminal addım atmağa qabil olan bir şəxsdir. Ona görə də, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, ailə üzvlərimizin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir şəhid atası olaraq xahişimi çatdırıram. Əgər xahişim nəzərə alınmazsa, o halda həyatımızda hansısa xoşagəlməz faciənin baş verməsi qaçılmaz olacaq”.
Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Ərəbqubalı kənd sakini olan Əsədulla Nəsirovun bu cür addımları heç bir normaya sığmayan, şəhid adına, şəhid ruhuna hörmətsizlik gətirən addımlardır. Ona görə də düşünürük ki, bu məqalənin yayımlanması və Azərbaycan cəmiyyətinin baş verənlərlə bağlı lazımi məlumatları əldə edə bilməsi, məhz aidiyyatı dövlət qurumlarını hərəkətə gətirəcək. Yəqin ki, o halda Əsədulla Nəsirovun hüquqazidd əməllərinə hüquqi qiymət vermək mümkün olacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/YMeOkXFUUl8’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] Mövzunu diqqətdə saxlayacağıq.
GundemXeber.Az
araz.az xəbər portalı.