Türkiyə yenə oyundankənar vəziyyətə salına bilər
Türkiyənin “Millyet” qəzeti “The Wall Street Journal” qəzetinə istinadən Ağ Evin Suriyadan çəkilmə qərarından sonra burada ərəblərdən ibarət yeni güc qurmaq istədiyini yazıb.
“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə Suriya ilə bağlı olaraq prezident Donald Trampın yeni milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton və Misirin xüsusi xidmət orqanına rəhbərlik edən Abbas Kamillə birlikdə görüşdüyünü bildirib.
Görüşdə Misirin də şərtlərin əl verdiyi təqdirdə yeni yaradılacaq ərəb gücünə qatılmaq istədiyi ifadə olunub.
Rəsmilər ABŞ rəhbərliyinin Suriyanın şimalının yenidən qurulması işlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən maliyyə dəstəyini, hətta bu ölkələrdən ordu göndərməsini tələb etdiyini bildiriblər.
Ekspertlər bu planın həyata keçirilməsi yolunda bir sıra əngəllərin olduğunu ifadə edirlər.
Bunların başında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə hərbi əməliyyatlar aparması və Misirin Bəşər Əsədin nəzarəti altına keçməyən bir bölgəyə qoşun göndərmək yolunda istəksizliyi gəlir.
Bundan başqa, ABŞ ordusunun bu planın həyata keçirilməsi müddətində rol alıb-almayacağı da bilinmir.
Xəbərdə hazırda Suriyanın şimalında əsas oaraq PKK/PYD terrorçularından təşkil olunan və qismən də ərəblərin qatıldığı Suriya Demokratik Güclərinin İŞİD-lə savaşdığı müddətdə ABŞ-ın havadan dəstək verdiyi, lakin yeni qurulacaq ərəb gücünə eyni dəstəyi çatdıracağının dəqiq olmadığı vurğulanıb.
“WSJ”, yanvar ayı etibarilə ABŞ hərbi rəsmilərinin Suriyadakı fəaliyyətlərini bir neçə ay içində tamamlamağı və Dövlət Departamentinin İŞİD-dən geri alınan bölgələrdə sabitliyin təmin edilməsi üçün görülən işlərə dəstək verməyi planladığını, lakin Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatının bu planı dəyişdirdiyi qeyd edir.
Musavat.com
araz.az xəbər portalı.