1628865383 img 20210813 122523

Bərdənin icrabaşı Vidadi İsayev varis planının de-şifrə olunmasına görə agent axtarışına çıxıb. O, vəzifədən getdikdən sonra yerinə 10 saylı yerli uşaq bağçasının müdiri Leyla Məmmədovanı hazırlaması haqda xəbərlərin yayılmasına görə bir kadrdan şübhələnir.
Reportyor.info-ya gələn məlumatlara görə, V.İsayev bu informasiyanın ictimailəşməsində öz müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayanı günahkar görür.
L.Məmmədova məsələsinin faş olunması icra başçısını möhkəm məyus edib və planlarının suya düşdüyü xəbər verilir. Hətta Prezident Administrasiyası bu işdən agah olub və V.İsayevin planları pozulub.
İcra başçısı bağça müdirəsini öz yerinə hazırlayırdı və zamanı gələndə bunu PA-da qaldırmağı düşünürdü. Amma məsələnin üstünün açılması projeni alt-üst edib.
İndi informasiyanın necə sızmasını araşdıran İsayev Şadlinskayadan şübhələnir. İcra başçısı ehtimal edir ki, müavini bu xəbəri mediaya ötürüb və L.Məmmədovanın karyera yüksəlişinə mane olub.
Başçının xanım müavinindən bu məlumatın sızıb-sızmadığı bəlli deyil, lakin Bərdədə ciddi qalmaqal yaşanmaqdadır.
Halbuki Şadlinskaya rayonda kifayət qədər əlaqələri olan məmurdur və adı tez-tez mətbuatda V.İsayevlə işbirliyində hallanıb.
İndisə V.İsayev ondan şübhələndiyi üçün bəzi “reket” imici qazanmış saytlarda Şadlinskaya əleyhinə yazılar dərc etdirir.
İddialara görə, həmin məqalələri icra baçısı sifariş verir və müavinini gözdən salmaq üçün qara piar kampaniyası aparır.
Bu yolla ondan qisas aldığına inanır və L.Məmmədova proyektini məhv etdiyi üçün Şadlinskayanı bu şəkildə guya “cəzalandırır”.
Qeyd edək ki, V.İsayev varis planında 10 saylı yerli uşaq bağçasının müdiri Leyla Məmmədova üzərində dayanıb.
Belə ki, çox yaxşı münasibətlərə malik olduğu L.Məmmədovanı özündən sonra Bərdənin icra başçısı postunda görür.

Vidadi İsayev Şadlinskayadan şübhələnir – varis planı necə de-şifrə oldu?

V.İsayev rayonda uşaq bağçaları ilə bağlı siyasəti L.Məmmədovanın əli ilə həyata keçirir. Söhbət uşaq bağçalarına direktorların təyinatı, tərbiyəçi və texniki işçilərin götürülməsi, ayrılan ərzaqların bölüşdürülməsi prosesində sözügedən xanımın baş rol oynamasından gedir.
Baxmayaraq ki, özü də 10 saylı yerli uşaq bağçasının rəhbəridir, lakin həmkarlarından fərqli olaraq, V.İsayevin yanında xüsusi imtiyazı və statusu olan müdirədir.
Mediada yayılmış iddialara görə, icra başçısı uşaq bağçalarına ayrılan ərzaq paylarını məhz L.Məmmədovanın əli ilə satdırırmış.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.