Bu ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayı keçirilmişdi və Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçilmişdi.
Musavat.com xəbər verir ki, həmin qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilmişdi. Mətbuat Şurasının İdarə Heyəti isə 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət olaraq formalaşmışdı.
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibində Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rauf Arifoğlu, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev təmsil olunurlar.
İctimaiyyət nümayəndələri arasından Vüqar Səfərli, Müşfiq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayılov və Yadigar Məmmədli MŞ İH üzvləri sırasında yer alırlar.
İnternet portallarının təmsilçiləri arasından isə Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev və Anar İmanov MŞ-in İdarə Heyətinin üzvüdürlər.
Bu gün Mətbuat Şurası İdarə Heyətinin mart ayında seçilmiş yeni tərkibinin ilk iclası keçirilib.
İclasda Mətbuat Şurası sədrinin müavinləri, komissiya sədrləri və tərkibi seçilib. Detallarla bağlı əlavə məlumat veriləcək.
Musavat.com
araz.az xəbər portalı.