aztibb.az badam 622

Faydalı qəlyanaltılardan hesab olunan badam sağlamlıq üçün effektiv yağlarla zəngindir. Onun müntəzəm olaraq istehlakı bədəndə bir neçə  müsbət dəyişikliyə səbəb olur.

araz.az medikforum.ru-ya istinadən həmin dəyişiklikləri təqdim edir:

Zülal və sellüloz

Cəmi 30 qram badamda 6 qram zülal, 4 qram sellüloz və E vitamininin günlük dozasının yarısı olur. O, həmçinin maqneziumun ən yaxşı mənbələrindən biridir. 30 qram badam bir günlük dozanın 20%-ni özündə saxlayır.

Qarında piyin əridilməsi

Artıq çəkili və piylənməsi olan sağlam, kalorilərinin məhdudlaşdırılması pəhrizə riayət edən insanlar arasında 12-həftəlik tədqiqat badamın həvəskarları üçün ən yaxşı nəticələr göstərib. Badamdan kalorilərin ümumi miqdarının 15%-i həcmində istifadə edənlər fındıqdan imtina edənlərə nisbətən qarında daha çox piy əridiblər.

Ürək üçün üstünlüklər

18 tədqiqatın sistematik icmalı göstərib ki, badamın istifadəsi ümumi və “pis” LPNP xolesterini və triqliseridlərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Bu halda “yaxşı” xolesterin üçün mənfi təsir müşahidə olunmayıb.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.