2c70btamtam.jpg

Dünən LEGİON.AZ saytının redaksiyasına Cəlilabad əkinçiləri tərəfindən su problemi ilə bağlı şikayət daxil olub.

Amma bu barədə bir qədər sonra bəhs edəcəyik…

Qeyd edək ki, Kərəm Həsənovun yumşaq desək, pis məmur olması Azərbaycanda demək olar ki, hamıya məlumdur. Onun rəhbərlik etdiyi Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi korrupsiyaya bulaşmış qurumlar arasında demək olar ki, ən birinci sıralarda gedir. Düzdür, komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov ara-sıra Kərəm Həsənovu təmizə çıxartmaq istəyir, amma nail ola bilmir. Çünki atalar demişkən, elin gözü tərəzidr.

Ölkəmizin digər böyük şəhərlərində də komitənin idarə rəhbərləri vətəndaşları süründürməçiliyə məruz qoyaraq sonda istədikləri rüşvəti vətəndaşdan almayanacan əmlak çıxarışlarına həsrət qoyurlar. Komitə sədrinin, onu vəzifəyə gətirənlərə qarşı xəyanəti barədə məlumatlar hələ də ölkə mətbuatının gündəmindən düşmür.

Düzdür, Kərəm Həsənov bəzi məmurlarla quda olandan sonra, bir balaca arxayınlaşıb. Ancaq el təbiri ilə desək, “selin Kərəmi aparmağı yaxın günlərin saatıyla ölçülür”.

Ola bilər ki, Kərəm Həsənov tutduğu vəzifədən getməmişdən əvvəl, mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovu güdaza versin. Necə ki, bunu ötən gün səhiyyə naziri Oqtay Şirəliyev etdi, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı güdaza verərək işdən azad etdi.

Ancaq bu mövzunun sonsuz olduğunu nəzərə alaraq biz qayıdaq Cəlilabad rayonundan LEGİON.AZ saytının ünvanına müraciət edən əkinçilərin məsələsinə.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Cəlilabad əkinçiləri su problemi ilə üzləşiblər və bu barədə ilk məlumatı “Qafqaz Xəbər” qəzeti yayıb.

Məlumat yayılan kimi, “Xəzər” TV əkinçilərin susuzluqla üzləşdiyi problemlə əlaqədar Cəlilabaddan reportaj hazırlayıb.

Ancaq bu gün LEGİON.AZ-ın redaksiyasına müraciət edən əkinçilər söyləyiblər ki, “ölkə mətbuatı onların su problemini işıqlandırandan sonra, cəmi bir gün su verildi və sonra kəsildi. Biz yenə də su üzünə həsrət qalmışıq, əkinlərmiz də məhv olmaq üzrədir”. Sonda isə əkinçilər söylədilər ki, su probleminin nədən yarandığını da öyrəniblər:”Cəlilabadda Kərəm Həsənovun yüz hektarlarla nar bağları və taxıl sahələri var, bizim əkin sahələrinə verilən sular da onun nar bağlarına və əkin sahələrinə verilir”.
[bt_youtube url=”https://youtu.be/vu4Dehf4IfU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Hə, bax burda yenidən qayıtmaq istəyirəm Kərəm Həsənovun sonsuz, sonu olmayan mövzusuna.

Ölkə mətbuatına verilən məlumata görə Cəlilabad əkinçiləri dəfələrlə yaranan su problemləri ilə bağlı AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciət ediblər. Ancaq əkinçilərin şikayətinə baxan olmayıb. Və bundan görünən odur ki, yəqin cənab Əhməd Əhmədzadə də bəzi məmurlar və əsas da keçmiş MTN-nin naziri Eldar Mahmudov kimi, ölkədə gözaltı etdiyi əmlakları özəlləşdirmək üçün Kərəm Həsənovun sözündən dönə bilmir və buna görə də suyu Cəlilabad əkinçilərinin əkin sahələrinə yox, Kərəm Həsənovun hektarlarla ölçülən nar bağlarına və taxıl sahələrinə yönəldir.

Ümid edirəm ki, mənim yazdığımı PA-da da oxuyacaqlar və korrupsiya girdabında boğulan məmurlar nəzarətə götürüləcək, hüquq mühafizə orqanlarına göstəriş veriləcək ki, onlar barəsində lazımi ölçü götürülsün. Necə deyərlər, əsl düşməni , Avropada yox, elə öz vətənimizdə axtarmaq lazımdır. Milləti dövlətə qarşı qaldıran məmurlar da Kərəmlər, Əhmədlərdir.

Murad İbrahimli

LEGİON.AZ

araz.az xəbər portalı.