Ukraynanın Belaya Çerkov şəhərində yaşayan, X.Abbasovun yaxın dostu sayılan bir nəfər şəxsin göndərdiyi məlumatda bildirilir ki, X.Abbasovun Belaya Çerkov şəhərində biznesi var və onu həmin şəhərə gətirib çıxardan onun həmyerlisi Ələddin Allahverdiyev adlı şəxs olub.
Məlumatda qeyd olunur ki, X.Abbasov Ukraynaya gedib çıxmazdan əvvəl Bakıda Dəmiryol vağzalında sərnişin qatarlarının vaqonlarında dollar, rus pulu dəyişmək ilə məşğul olurmuş.
Belaya Çerkovda İlham Zeynalov ona şin zavodu ilə müqavilə bağlamaqda kömək edir, ancaq X.Abbasovun həmyerlisi Ələddinə qarşı xain plan quraraq, onu biznes işlərindən kənarlaşdırır. Həmyerlisinə qarşı qurduğu xain planın cavabını isə tanrı Xaliqə başqa cür qaytarır.
Belə ki, Xaliqin Belaya Çerkov zavodundakı işləri düzələndən sonra o, həmin şəhərdə yaşayan, Ukraynanın Daxili İşlər naziri – milliyətcə erməni olan Arsen Avakovun bacısı qızı İrina Kasalap adlı qadınla tanış olur.
Demək olar ki, bütün Avropada İrina Kasalapı gəzdirən Xaliq Abbasov, hətta Qoşqar Təhməzli ilə sonuncu Avropa səfərində olanda İrina Kasalap da onları müşayət edirmiş.
Məlumatı göndərən şəxs indi X.Abbasovla Q.Təhməzliyə xitabən haqlı bir sual verir: “Bildiyimə görə ikiniz də əslən Zəngilanlısınız. Bəs yaxşı belədirsə, onda ermənilərə bu qədər sevgi-məhəbbət sizdə hardandır ki, erməni Arsen Avakovun bacısı qızı İrina Kasalapı bütün Avropa boyu aranızda gəzdirirsiniz?”.
“Xaliq Abbasovu başa düşdük – aşiq olub, Məcnuna dönüb. Ancaq Q.Təhməzli “Qida Təhlükəsizliyi Agentliyi”nin sədri vəzifəsinə təyin olunanda onunla bağlı qəzetlərdə məlumat getmişdi ki, 90-cı illərin əvvəllərində o, Azərbaycan Tibb Universitetinin tələbəsi olarkən döyüş bölgəsinə könüllü yollanaraq ermənilərlə döyüşüb. Yaxşı tutaq ki, bu şəxs o vaxt cəbhə bölgəsinə könüllü gedib və orda döyüşüb, bəs indi nə oldu ki, onun ürəyi birdən-birə belə yumşalaraq erməni qızı ilə bütün Avropa boyu addımlamaqdan məmnunluq duyur?!
Hələ bu azmış kimi, erməni qızı İrina X.Abbsovu lap acınacaqlı bir vəziyyətə qoyub. Jurnalistlər rus dilində olan saytlarda X.Abbasov barədə yazandan sonra, onun sevgilisi İrina Kasalap və dayısı Arsen Avakov özləri barələrində olan həmin yazıları xarici mətbuatdan oxuyublar. Bundan əsəbiləşən Arsen dayısı İrinaya sərt şəkildə təpinərək deyib ki, “axçi, bir də o Halıkı səninlə görməyim”.
Əvvəllər Belaya Çerkov şəhərində Xaliq İrinaya 200.000 dollara mənzil alıbmış ki, onunla həmin evdə birgə yaşasınlar. Ancaq bu yaxınlarda Ukraynaya gedən Xaliq evə gedib həmişəki kimi qapını öz açarı ilə açmaq istəyəndə görüb ki, açar qıfıla düz gəlmir. Buna əsəbləşən Xaliq zəngi basıb, mənzilin qapısını nə qədər döysə də İrina qapını açmayıb və qapının arxasından ona bildirib ki, “mən özümə yeni həyat qurmuşam, evdə də tək deyiləm çıx get. Dayım Arsen səninlə görüşməyi mənə qadağan edib. Getməsən mənim yeni sevgilim Samvel çıxıb səninlə kişi kimi danışacaq.”
Xaliq isə İrinanı nə qədər sevsə də, Samveldən çəkindiyi üçün öz puluna alınan mənzilin kandarından içəri keçə bilməyəcəyini başa düşüb suyu süzülə-süzülə geri dönüb…”,- daxil olan məlumatda bildirilir.
Bu məqamda adamın yadına məşhur bir söz düşür: “Gör nə günlərə qaldın Balaş…”
İNTİQAM MİNCİVANLI
365İNFO.ORG
araz.az xəbər portalı.