“Onların incikliyini başa düşmək olar. Çünki hər kəs Qarabağı, Şuşanı görmək istəyir”.
araz.az bildirir ki , bunu tanınmış aktyor, Xalq artisti Rasim Balayev Qarabağa təşkil olunan səfərlər zamanı sənət adamları arasında yaşanan incikliklərə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.
Aktyor özünün də ən böyük arzusunu dilə gətirib:
“Mən vaxtilə Şuşada çox olmuşam. Hamı kimi mənim də arzumdur ki, o yerlərə yenidən gedim. Bir dəfə dəvət etdilər, amma səhhətim imkan vermədiyi üçün gedə bilmədim. Amma mütləq gedəcəm. Çox adamın arzusudur ki, o yerləri yenidən gedib görsün, inciklikləri də başa düşürəm. Yəqin, növbəti səfərlər zamanı onlar da Qarabağa səfər edərlər. Siyahını kimlər hazırlayırsa, bunu nəzərə alar”.
Cəvahir
araz.az xəbər portalı.