“Instagram” sosial şəbəkəsində motosikletlə toy kortejlərini müşayiət etmək üçün pul qarşılığında xidmətlər təklif edən şəxslər saxlanılıb”.
Bunu Milletinsesi.info-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, vətəndaşın sosial şəbəkədə bu cür çağırış etməsi qanunun birbaşa pozulmasıdır: “Onların hərəkətləri yol-nəqliyyat hadisələrinin baş verəsinə səbəb olan xətalar üzrə səslənmədir. Tərəfimizdən həmin şəxslər barəsində araşdırma aparılıb və onlar saxlanılıb. Onlar əməllərinə peşman olduqlarını etiraf ediblər. Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək”.
O qeyd edib ki, vətəndaşlar yol-hərəkəti haqqında qanunun tələblərinə riayət etsinlər.
Qeyd edək ki, bir qrup şəxs “Instagram” sosial şəbəkəsində motosikletlə toy kortejlerini müşayiət etmək üçün pul qarşılığında xidmətlər təklif edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.