Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzəyanı qəbul edib.
araz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki mübahisəli məsələlər, həmçinin, regional kommunikasiyaların açılması, erməni diversantlarla bağlı məsələ barədə danışıqlar aparılıb.
“Biz müxtəlif səviyyələrdə azərbaycanlı həmkarlarımıza erməni hərbçilərin azad olunması siqnalını ötürürük. Bu məsələyə hər cür səy göstərəcəyik, amma son qərar bizdən asılı deyil. Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin keçirilməsinə yardımçı olacağını təsdiqləyir. Bundan başqa, regional kommunikasiyaların açılması səylərinə də dəstək verməyə hazırıq”,- deyə Lavrov söyləyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.