“Dünyanın ən kasıb ölkələri də “uşaq pulu” verir. Xeyir ola ki, Azərbaycanın imkanı çatmır?! Nazirlərin, deputatların, məmurların xərclərini azaltsalar, Azərbaycanda 18 yaşına qədər olan hər kəs “uşaq pulu” ilə təmin edilə bilər”.
araz.az xəbər ki, bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, Azərbaycanda “uşaq pulu” vermək üçün deputatların və məmurların cah-cəlallı həyatını məhdudlaşdırmaq kifayətdir: “Dövlətdən “uşaq pulu” almaq bütün uşaqların haqqıdır. Uşaqların sosial təminatı bütün dövlətlərin üzərinə düşən məsuliyyətdir. Dövlət beynəlxalq hüquqa əsasən bunu etməlidir. Həmçinin ölkənin hazırkı sosial-iqtisadi vəziyyəti uşaqların gələcəyini təhdid etdiyinə görə, ən azı gələcək nəsillər naminə ailələrin “uşaq pulu” ilə təmin etməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.