Bu ərazilərdə COVİD — 19 tələb olunacaq
araz.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarına əsasən, bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Həmçinin, mülkiyyət formasından asılı olmayaraq, bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.
Habelə sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.
Eyni zamanda, bu gündən kommunal, nəqliyyat, logistika və kommunikasiya, sosial, turizm və digər sahələr, eyni zamanda maliyyə xidmətləri üzrə iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin də işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələbi qüvvəyə minir.
Bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən isə yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Toya gedən hər kəsdən COVİD pasportu tələb olunmasına dair qərar da bu gündən qüvvəyə minib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.