“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu tapılıb.
araz.az bildirir ki , bu barədə Pravda.az-a T.Qulami özü məlumat verib.
O bildirib ki, hazırda yoldadırlar və 28-ci polis bölməsinə uşaqların yanına gedirlər: “Onların harada olması və vəziyyətlərinin necəliyi ilə bağlı hələ ki, məlumatları yoxdur”.
Qeyd: Tamilla Qulaminin verdiyi məlumata görə, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyi də açıqlama yaymışdı ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.