Bu gün erməni separatçıları Azərbaycanın Xankəndi şəhərində Qarabağdakı qondarma rejimin “müstəqilliyinin” 30-cu ilini qeyd edirlər.
Professor Rüstəm Məmmədov Reyting.az-a deyib ki, separatçıların keçirdiyi tədbiri imitasiya adlandırmaq daha doğru olardı: “Bu, imitasiyadır və bununla nümayiş etdirirlər ki, guya onların dövlətçilik planları yaşayır. Mən isə deyirəm ki, əslində bu plan yaşamır. Azərbaycan dövləti buna özünün sərt reaksiyasını bildirib və xəbərdarlıq edib”.
Hüquq professor hesab edir ki, belə hərəkətlərin nəticəsi Qarabağdakı separatçılar üçün pis olacaq: “Onlar son 29 ildə belə tədbirləri ildə bir dəfə keçirirdilər. Amma Azərbaycan dövləti 44 günlük müharibə ilə onları əzdi. Belə davam edərsə, separatçılara qarşı əməliyyatlar davam etdiriləcək və onlar Qarabağdakı az sayda olan mülki erməniləri də qoyub qaçacaqlar. Fikrimcə, onlar bu tədbirlə sonuncu akkordlarını vururlar. Qarabağda erməni məsələsi bitəcək”.
Ermənistan prezidenti, Baş naziri, parlament sədri və digər rəsmi şəxslərin Xankəndində təşkil olunan tədbirə qatılmadığını xatırladan R. Məmmədov daha sonra əlavə edib:
“Ermənistan siyasətçiləri anlayır ki, belə hərəkətlər üçtərəfli razılaşmaya ziddir. Ona görə də, uzaqdan hansısa “təbrik mesajları” göndərirlər”.
Qarabağda ilk separatçı hərakatın başında duran hərbi canilər – Robert Köçəryan və Serj Sarksiyanın da Xankəndi şəhərinə gəlmədiyinə diqqət çəkən müsahibimiz bildirib ki, bu şəxslər erməni siyasətində oyundan çıxarılan fiqurlardır: “Onlar oyundan çıxarılıblar və Ermənistanda yaşayırlar. Üstəlik, öz məğlubiyyətləri ilə razılaşıblar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.