Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Fətullah Gülən haqda açıqlamalar verib.
araz.az Milli.Az-a istinadən xəbər verir ki, türkiyəli jurnalist İsmayıl Saymaza müsahibə verən Mübariz Mənsimov bir çox gizli məqamlara aydınlıq gətirib.
İş adamı bunları deyib
“Nyu-Yorka getdik. Helikopter icarəyə götürdüm, Pensilvaniyaya gəldik. İşadamı İhsan Kalkavan da bizə qoşuldu. Fətullah Gülənin qarşısında oturduq. Gülən Ərdoğan haqqında yaxşı şeylər danışmırdı. “Sən kimsən? Ərdoğana görə var olmusan. Qərar ver, imamsan, yoxsa siyasətçisən?”, – dedim. O, bu sözümdən incidi. Bircə şey dedim: “Düşünürəm ki, səhv yoldasınız. Düşünürəm ki, sizin yanınıza gələnlər də yanlış yoldadır”. Bunu deyib çıxdım”
Mübariz Mənsimov bir daha bildirib ki, onun Fətullah Gülənlə heç zaman əlaqəsi olmayıb.
Xatırladaq ki, keçən il FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, onun FETÖ-çü olduğunu sübut edən heç bir dəlil olmadığından 5 il müddətinə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. Onun ev dustaqlığı da bu ilin iyunun sonlarında məhkəmə qərarı ilə ləğv olundu.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.