1630651009 2Masallı rayon sakini Gültən Cəfərova körpə övladı üçün marketdən aldığı düyü unundən bit və digər həşəratlar çıxıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Pl9-pGtWxfc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az Asiya TV-ə istinadən xəbər verir ki, xanım müştəri Masallı rayonunda marketlərin birindən “Bolluq LTD” şirkətinin “Jr. PEPPER” adı altında satışa çıxardığı körpə uşaqlar üçün nəzərdə tutulan düyü unu alır. Üzərində 20 gün öncənin qablaşdırılması və son istifadə tarixinin bitməsinə 9 aydan çox vaxt qaldığı göstərilən həmin məhsulu evdə qutudan çıxararkən dəhşət yaşanıb.
Belə ki, məhsulun içərisindən bit və digər canlı həşəratlar çıxıb.
Məhsuldan narazı qalan tərəf şirkətin Hüquq şöbəsi ilə əlaqə saxlayıb. Şirkətdən onlara həmin məhsulu “Bolluq LTD” şirkəti istehsal etmədiyini, xarici ölkədən hazır qutularda alaraq Azərbaycanda satışını həyata keçirdiklərini bildiriblər.
Məsələ ilə bağlı Asiya TV rayon ərazisində bir neçə marketdə sorğu keçirərək digər müştərilərin də belə hallarla qarşılaşdığı öyrənilib. Sorğu nəticəsində məlum olub ki, bu ilk belə hal deyil. Bundan əvvəldə müştərilər eyni halnan qarşılaşıb.
Digər tərəfdən 20 gün öncə qablaşdırılması aparılan məhsulun içərisində həşəratların olması inandırıcı deyil. Məlum olur ki, qablaşdırılma və son istifadə tarixi şirkət tərəfindən saxtalaşdırılıb.
Məhsulun üzərində ““Bolluq LTD” MMC tərəfindən əla növ məhsullardan seçilərək müasir texnologiyanın tətbiqi ilə qablaşdırılmışdır” və ünvanı Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 13-cü kilo metr göstərilsə də şirkət rəsmisi məhsulu xarici ölkədən hazır qablaşdırılmış qutularda alındığını bildirir. Bu da şirkətin digər yalanıdır.
Marketlərdə apardığımız araşdırma zamanı satıcılar “Bolluq” şirkətinə məxsus düyülərdə də bit aşkar edildiyini bildirdilər
Şikayətçi tərəf qarşılaşdığı hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və Hüquq Mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.