1630677269 438

Keçmiş deputat Nazim Bəydəmirli “Baku Steel Company” MMC-nin sabiq direktoru Rasim Məmmədovun cinayət işi ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) dəvət edilib.

araz.az bildirir ki , bu barədə Qaynarinfo-ya Nazim Bəydəmirlinin özü məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl Rasim Məmmədovun adına olan mobil nömrənin aktivləşməsi barədə onun telefonuna bildiriş gəlib.

“Telefonuma “Telegram” sosial şəbəkəsindən bildiriş gəldi. Baxdım ki, Rasim Məmmədovun adına olan mobil nömrə bu platformada qeydiyyatdan keçib. Bu barədə “Facebook” səhifəmdə status yazdım. Həbsdə olan bir şəxsin telefon nömrəsinin aktiv olması mənə maraqlı gəldi. Bundan sonra DTX-dan mənimlə əlaqə saxladılar”, – deyə keçmiş deputat bildirib.

Onun sözlərinə görə, DTX-dan ona bildirilib ki, Rasim Məmmədovun cinayət işinin istintaqı davam edir və onun mobil telefondan, sosial şəbəkələrdən istifadə etməsi mümkün deyil.

“Açığı mən də hesab edirəm ki, ola bilsin kimsə Rasim Məmmədovun nömrəsini işlətməyə başlayıb. Bununla belə, məni DTX-ya dəvət etdilər. İstintaq materialları ilə tanış olmaq üçün. Hazırda Bakıda olmadığımdan gedə bilməmişəm. Bir-iki günə paytaxta qayıdıram və DTX-ya gedəcəm. Rasim Məmmədovun qanunsuz əməllərindən zərər çəkənlərdən biri də mənəm və zəzərçəkən kimi tanınmağı tələb edirəm”, – deyə Nazim Bəydəmirli vurğulayıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.