WhatsApp Image 2021 09 04 at 04.02.08

Dünən Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən, ölkənin paytaxtı Kişineu şəhərində, bu diaspor təşkilatımızın illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib. Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, həmin tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim partiya olan Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyə Respublikasının Moldovadakı səfiri Gürol Sökmensüer, Rusiya, Belarus, Ukrayna və digər ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Moldovada fəaliyyət göstərən yəhudi, qaqauz, ukraynalı və digər icmaların rəhbərləri və aktiv üzvləri, eləcə də çoxsaylı həmvətənlərimiz iştirak ediblər.WhatsApp Image 2021 09 04 at 04.01.09
Həmin məlumata görə, bu tədbirdə MAK-ın sədri Elçin Bayramov giriş nitqi ilə çıxış edib. O, öncə, ötən il Moldovadakı soydaşlarımızın bu diaspor təşkilatında aparılan ciddi islahatlardan danışıb. Sonra isə, MAK-ın illik fəaliyyətinə dair hesabat məruzəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədr həmin hesabat məruzəsində xüsusi olaraq onu vurğulayıb ki, rəhbəri olduğu MAK il ərzində ölkəmizin, eləcə də Moldova Respublikasının əlamətdar günlərinə həsr edilən 25-dən çox möhtəşəm tədbir və mərasimlərin, yaddaqalan marafonların təşkilatçısı olub.WhatsApp Image 2021 09 04 at 04.01.34
Daha sonra, MAK rəhbərinin xüsusi maraq doğuran giriş nitqi və hesabat məruzəsi ətrafında qonaqların və tədbir iştirakçılarının yaddaqalan çıxışları olub. Öncə, Moldova Parlamentinin vitse-spikeri, hakim partiya PAS-ın fraksiya sədri Mihail Popşoy çıxış edərək, bu diaspor təşkilatımızın il ərzində gördüyü işləri yüksək qiymətləndirib, öz ölkəsində fəal azərbaycanlı icmasını görməkdən şad olduğunu bildirib, partiyası üçün etnik kimliyindən asılı olmayaraq, dövlətinin rifahına xidmət edən icmaların önəmli olduğunu xüsusi vurğulayıb. Onu da qeyd edib ki, ölkəsindəki istər 2020-ci ildə baş tutan prezident seçkilərində, istərsə də cari ildə keçirilən parlament seçkilərində MAK-a göstərdiyi hərtərəfli dəstəyə görə xüsusi təşəkkür çatır.WhatsApp Image 2021 09 04 at 04.02.06

O, belə istedadlı və bacarıqlı azərbaycanlı gənclərinin, Moldovanın siyasi, ictimai və mədəni inkişafı üçün vacib şərtlərdən biri olduğunu diqqətə çatdırıb. Vitse-spiker çıxışında, ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin və onun komandası üzvlərinin də fəal olduqlarını bildirərək, artıq stabil hakimiyyəti olan bu dövlətin Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığının genişləndirilməsində və bu ölkəyə azərbaycanlı sərmayədarların cəlb edilməsində mövcud hakimiyyət rəhbərlərinin maraqlı olduğunu da vurğulayıb.WhatsApp Image 2021 09 04 at 04.02.07

Tədbirdə iştirak edən ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov isə, öz çıxışında, bir illik fəaliyyətində önəmli irəliləyişlərə nail olan, istər Moldovanın ictimai-siyasi həyatında, istərsə də bu ölkədəki səfirliyimizdə — həmvətənlərimizin “Ata Yurdu”nda təşkil edilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirən MAK-çılara dərin minnətdarlığını çatdırıb. Səfir öz çıxışı zamanı, 2020-ci ilin ölkələrimiz üçün əhəmiyyətli tarixi il olduğunu, məhz bu ildə Azərbaycanın uzun işğaldan sonra, BMT-nin qətnamələrinə uyğun olaraq, dədə-baba torpaqlarımızı geri qaytardığını da xüsusi vurğulayıb. O, 2020-ci ilin Moldova Respublikası üçün də, Mayya Sandunun prezident seçkilərində qazandığı qələbə sayəsində siyasi sabitliyin bərqərar olması baxımından əhəmiyyətli il olduğunu qeyd edib, xanım Prezidenti vətənpərvər, peşəkar, bu ölkə vətəndaşlarının rifahını diqqətdə saxlayan, korrupsiya ilə mübarizə aparmaqla siyasi, sosial, iqtisadi və digər sahələrdə ciddi islahatlar həyata keçirən lider olaraq səciyyələndirib.WhatsApp Image 2qud

Öz çıxışında Moldovada sabitliyə gedən yolun erkən parlament seçkilərinin keçirilməsi ilə tamamlandığını qeyd edən səfir Qudsi Osmanov, ölkəmiz tərəfindən Moldovaya sərmayə qoyuluşunun artırılması ilə bağlı vitse-spikerin fikirləri ilə razılaşdığını da dilə gətirib. Bu ölkədə sabitliyin bərqərar olmasından sonra, Azərbaycanın sərmayəsinin əhəmiyyətli dərəcədə artacağına əmin olduğunu da qeyd edib.WhatsApp Image 2021 09 04 at 04.02.44 1
Səfir 2020-ci ilin MAK üçün də böyük dəyişikliklər ili olduğunu, idarəçilik estafetinin gənc nəslə ötürüldüyünü də bildirib. O, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşərək, 44 günlük Vətən Müharibəsi ərzində təbliğat işlərində uğurla iştirak etdiyi və pandemiya dövründə verdiyi dəstəyə görə, bu diaspor təşkilatımıza təşəkkürünü çatdırıb. Qüdsi Osmanov çıxışında onu da vurğulayıb ki, ölkəmizdən Moldovaya göndərilən humanitar yardımdan əlavə, diaspor təşkilatımız bu ölkədə sosial layihələr həyata keçirərək, uşaq və qocalar evlərinə, habelə çətin vəziyyətə düşən soydaşlarımıza yardımlar edib.WhatsApp Image 2021 09 04 at 04.02.08 1

Səfir, MAK-ın, Azərbaycan — Moldova münasibətlərinin genişlənməsində vacib elementlərdən biri olduğunu qeyd edərək, bu diaspor təşkilatımızın bundan sonrakı fəaliyyəti ilə, stabil hakimiyyəti bərqərar olan Moldovanın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. O, bu ölkənin hakim partiyasının üzvü olan həmvətənlimiz Zamir Qubadovun nümunəsində, gələcəkdə daha çox azərbaycanlı gəncləri PAS və digər partiyalara üzv olmağa, qarşıdan gələn 2023-cü ildə bölgələrdə keçiriləcək seçkilərdə fəal iştirak etməyə də səsləyib. Bu xüsusda, gənc həmyerlilərimizin bundan sonra Moldovanın ictimai-siyasi həyatında önəmli yerlər tutmağa müvəffəq olacaqlarının, ölkəmizin dəyərlərinin Moldova miqyasında təbliğinə xidmət edəcəyini daha xoş sözlərlə ifadə edib.WhatsApp Image 2021 09 04 at 04.02.10
Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov da, tədbirdə öz növbəsində çıxış edərək, çoxmillətli Moldova Respublikasında son bir ildə əldə etdiyi uğurlara və bu ölkənin müxtəlif sahələrinə verdiyi tövhəyə görə, azərbaycanlı icmaya dərin minnətdarlığını çatdırıb. O, türk, rus, yəhudi, ukraynalı, qaqauz, belarus və digər icmaların nümayəndələrinin tədbirdə iştirakının, azərbaycanlı icmanın multikultural dəyərlərə sahib olduğunun göstəricisi olduğunu dilə gətirib. Ötən il MAK-da aparılan əsaslı islahatların bu gün uğurlu bəhrəsini gördüyünü qeyd edərək, azərbaycanlı icmaya bundan sonrakı fəaliyyətində daha böyük uğurlar arzulayıb.WhatsApp Image 2021 09 04 at
Diaspor təşkilatımızın ən fəal üzvlərindən biri olan Maarif Rəhimov da tədbirdə çıxış edərək, 44 günlük Vətən Müharibəsindən sonra mədəniyyət beşiyi olan Şuşa, ermənilər tərəfindən misli görünməmiş dağıntılara məruz qalmış Füzuli şəhərlərinə səfərindən danışıb, azad edilmiş bölgələrimizdə aparılan tikinti, quruculuq və bərpa işlərinin şahidi olduğunu və bundan çox təsirləndiyini bildirib.WhatsApp Image 2021 09 04 at 04.02.10

O, çıxışında onu da qeyd edib ki, Şuşa səfərindən geri dönərkən, özü ilə gətirdiyi torpağı MAK-ın sədri Elçin Bayramova, Azsərbaycan — Moldova dostluq münasibətlərinin rəmzi olaraq, azad olunmuş bölgələrimizdə dalğalandırdığı Moldova bayrağını isə, MAK-a hədiyyə edib.WhatsApp Image 2021 09 04 at 04.02.11
Bu tədbirdə, Moldovada fəaliyyət göstərən müxtəlif icma rəhbərləri də yaddaqalan çıxışlar edib, MAK-ın illik fəaliyyətini yüksək qiymətləndiriblər. Bu diaspor təşkilatımızın istedadlı və bacarıqlı gənc üzvləri, vətənpərvər həmyerlilərimiz Zamir Qubadov, Ramiz Ənsərov, Yasin Seyidov, Allahverdi Xələfov və digərləri çıxış edərək, gələcəkdə daha da uğurlu işlər görməyə həvəsli olduqlarını bildiriblər.WhatsApp Image 2021 09 04 at 04.02.43
Tədbirin sonunda, MAK tərəfindən, ötən il ərzində bu təşkilatın uğurlu fəaliyyətinə hər zaman dəstək göstərən, onun daha böyük uğurlar qazanması naminə fəal olmaqdan, bu ülvi məqsədə çatmaq üçün yorulmadan çalışmaqdan rahatlıq tapan soydaşlarımız fəxri diplomlarla təltif ediliblər.WhatsApp Image 2021 09 04 at 04.02.43 1

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.