Canni de Byazi DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra Azərbaycan millisini tərk edəcək.
araz.az “Apasport“a istinadən xəbər verir ki, bu iddianı İrlandiya mətbuatı yayıb.
Seçmə mərhələ çərçivəsində bu gün üz-üzə gələcəkləri Azərbaycan yığmasını dəyərləndirən irlandlar italiyalı mütəxəssisin bu ilin sonunda yola salınacağını yazıb.
Buna səbəb kimi isə de Byazinin Albaniya yığmasından fərqli, Azərbaycan millisində uğursuzluğa düçar olması göstərilib.
Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyunundan sonra xal üzünə həsrət qalan millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.