“Ermənistanın hökumət aparatında və xüsusən Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində iş aparılır”.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumata görə, Baş nazir Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq ekspert, hökumət aparatı ilə birlikdə işlər aparırlar. Qeyd olunur ki, sülh müqaviləsi sənədilə bağlı presedentlər, həmçinin imzalanmadan əvvəl danışıqlar prosesinə hazırlaşmaqla əlaqəli bütün mümkün variantlar müzakirə edilir.
Həmçinin Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı güzəştlərin həyata keçiriləcəyi ilə bağlı məsələlər də müzakirə predmetidir. O da bildirilir ki, bu proses Rəsmi Kremlin iştirakı ilə həyata keçirilir. Ehtimal olunur ki, ilk müzakirələr oktyabr ayında başlayacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.