Göyçay rayonu, Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağasəf qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şikayətçi yazır:
“Bildirirəm ki, Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə uzun müddət bizim ailənin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini 5000 manat rüşvət alaraq, qanunsuz olaraq Göyçay rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satmışdır.
Belə ki, Ulaşlı-Şıxlı kəndində yerləşən həmin torpaq sahəsini uzun müddət biz istifadə etmişik, münbitləşdirmişik.
Atam rəhmətə gedəndən sonra, qonşum Elnur İsmayılov həmin torpağı bizdən müvəqqəti əkmək üçün istədi deyə, razı olduq.
Bir neçə il sonra zərurət oldu deyə torpağı özümüz əkmək istədikdə, Rəvan İsmayılov bizə dedi ki, bu torpaq artıq mənə məxsusdur, icra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul verib, bu torpağı almışıq.
Mən buna görə dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə getsəm də, məni qəbul etmədilər, şikayətimə laqeyid yanaşdılar. Buna görə tam əmin oldum ki, Rəvan İsmayılov həqiqətən də icra başçısına 5000 manat pul verib, həmin torpağı qanunsuz olaraq ələ keçirmişdir.
Ancaq bu cinayət əməlidir ki, icra başçısı Mehdi Səlimzadə rüşvət alaraq yol vermişdir. Çünki bələdiyyəyə məxsus torpaq sahəsini icra başçısının sözlə kiməsə satması qanunsuzluqdur.
Qeyd edim ki, Mehdi Səlimzadə Göyçayı feodal qanunları ilə idarə edib, harada kimə gəldi torpağı sənədləşmə aparılmadan qanunsuz satır. Buna görə, təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilmiş obyektlər var.
Kəndlərdə bələdiyyələrin görməli olduğu işi icra başçısı Mehdi Səlimzadə özü edib, kimə gəldi sənədləşmə olmadan örüş və ya əkin torpaqları qanunsuz olaraq satılır.
Mehdi Səlimzadənin törətdiyi bu hərəkətlər ağır cinayət əməlləridir. Onun korrupsiya əməllərinə görə uzun müddət bizim ailənin istifadəsində olmuş torpaq sahəsi Rəvan İsmayılova qanunsuz olaraq satılmışdır.
Həttda iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir. Bu yalan və saxtakarlıqdır ki, vəzifəli şəxslər ediblər.
Çünki 100 % əminəm ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur. Həmin torpaq sahəsini müasir aparat vasitəsi ilə yerində ölçsələr, bu, subut olunacaq.
Sadəcə belə olub ki, guya mənim şikayət ərizəmi araşdırırlar deyib, gəlib torpaq sahəsinin kənarında söhbət edib Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərmək adı ilə məktub tərtib edərək qeyd ediblər ki, torpaq şəxsi mülkiyyətdir.
Həmin əməkdaşa Rəvan İsmayılov pul verib, belə saxtakarlığı ediblər. Bu isə vəzifə cinayətidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi İdarəsinin əməkdaşları Rəvan İsmayılovdan rüşvət alıb ediblər.
Buna isə şərait yaradan Mehdi Səlimzadədir. Çünki icra başçısı 5000 manat alıb, bizim istifadəmizdə olan torpağı qanunsuz olaraq Rəvan İsmayılova satmışdır.
Cənab Prezident!
Xahiş edirəm, yerində yoxlama aparılsın, vəzifə cinayəti törətmiş şəxslərin barəsində qanuni tərbirlər görülsün. Mehdi Səlimzadənin zülümündən Göyçayı qurtarın”.
Mənbə Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
araz.az xəbər portalı.