Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qanunsuz “Kişi dövləti” hərəkatının lideri Vladislav Pozdnyakovu saxlamayıb.
araz.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl bəzi media orqanları tərəfindən Pozdnyakovun saxlanılması ilə bağlı məlumatlar yayılmışdı. “Telegram” kanalları və bir sıra kütləvi informasiya vasitələri Pozdnyakovun Azərbaycan sərhədini keçərkən saxlanıldığını iddia etmişdi.
Yayılan məlumatlara görə, o, restoranlarının çatdırılma şəbəkəsinə bir qaradərili ilə çəkilmiş fotoşəkil və LGBT hərəkatını təbliğ edən yazılara görə hücumu elan edib.
Qeyd edək ki, “Kişi Dövləti”, Vladislav Pozdnyakov tərəfindən 2016 -cı ildə millətçilik fikirlərini yayan Rusiyada rəsmi qeydiyyata alınmamış bir hərəkatdır. Əsas fəaliyyətləri LGBT üzvlərinə qarşı zorakılıq tətbiq etməkdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.