İşgəncə iddiaları ilə gündəmə gələn və yalnız Quantanamo və Ebu Gureyb kimi həbsxanalarla müqayisə edilən Əfqanıstandakı Baqram cəzaçəkmə müəssisəsində 5 mindən çox məhkum yoxa çıxıb.
araz.az Reyting.az-a istinadən xəbər verir ki , ABŞ ordusu 20 ildir yerləşdiyi Əfqanıstanda ana qərargahı olan Baqram bazasında yüksək təhlükəsizliyi təmin edilən həbsxana qurmuşdu.
Terrorla mübarizə çərçivəsində saxlanılan “Taliban”, “Əl-Qaida”, İŞİD və digər terrorçular məhz bu həbsxanada saxlanılır, onlardan işgəncələrlə hansısa məlumatlar əldə olunurdu. Burada saxlanılan şəxslər yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İngiltərənin Mİ5 xidməti tərəfindən sorğulanırdı. Kubadakı Quantanamo və İraqdakı Ebu Gureyb kimi həbsxanalarla müqayisə olunan Baqram müəssisəsi də insan haqlarının ağır formada pozulması, işgəncə və zorakılıqlarla tanınırdı.
ABŞ Əfqanıstanı tərk etdikdən sonra Baqram həbsxanasına girən ilk şəxslər qeyd edirlər ki, onlar üç dəmir qapıdan keçdikdən sonra yerə dağılmış sənədlərlə qarşılaşıblar. Məhkumların qeyd siyahısı, göndərmə bilgiləri, harada həbs olunduqları, cinayəti və hansı kamerada saxlanılmasına dair məlumatların qeyd edildiyi sənədlər yerə səpələnibmiş. Dar qapıları olan kameralarda əsasən məhkumların fotolarına rast gəlinib.
Ərazidə olan jurnalist qeyd edib ki, onlar polad qapıları keçdikdən sonra qəfəs şəklində otaqlara rast gəliblər. Hansıki burada məhkumlar saxlanılıb və onların hava alması üçün otaqların dəlikli dəmir örtüklərə diqqəti cəlb edib. Bu otaqlar təxminən 2 kvadratmetr olub və əsasən ən təhlükəli məhbuslar saxlanılıb. Daha doğrusu, “Taliban” liderlərinin otaqları olub.
Bu həbsxana insan şərəf və ləyaqətinin alçaldılması kontekstində dünyanın ən dəhşətli həbsxanalarından sayılır. ABŞ-ın Əfqanıstandan çıxması, ölkənin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra Baqram həbsxanasında saxlanılan “5 min məhbusa nə oldu” sualına aydın cavab yoxdur.
“Taliban” iddia edir ki, bu həbsxanada saxlanılan “Taliban”ın populyar üzvləri və önəmli məhbuslar Amerikaya aparılıb.
“Taliban” geridə qalan məhkumları ümumiyyətlə görmədiyini, onlar bura gələnə qədər azad edildikləri iddia olunur.
Qeyd edilir ki, ABŞ əsgərləri həbsxanadan getdikdən sonra təhlükəsizliyi təmin edən əfqan hökumət qüvvələri “Taliban”a təslim olmadan əvvəl qapıları açaraq məhkumların qaçmasını təmin edib.
Bir zamanlar bu həbsxanada cəza çəkən “Taliban” üzvləri isə deyirlər ki, burada çox işgəncə görüblər. Onlar bir kvadratmetrlik otaqlarda dəhşətli münasibətlə üzləşdiklərini, ayrı-ayrı işgəncə otaqlarının olduğuna xüsusi diqqət çəkiblər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.