bandicam 2021 09 04 21 36 08 079

Koronavirusa yoluxmuş insanların orqanları 30 dəfə sürətlə qocala bilər.

araz.az axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı alimlərin araşdırmasında deyilir.

Araşdırma koronavirusdan sağalan 89 min, həmçinin heç vaxt COVİD-19-a yoluxmamış 1,6 milyon insan üzərində aparılıb.

Mütəxəssislərin sözlərinə görə, 30-40 yaşlı sağlam yetkin insanda böyrəyin funksiyasını itirməsi il ərzində 1 faiz təşkil edir. İnfeksiya isə bu orqana ciddi və sağalmaz zərbə vura bilər.

“Yeni araşdırma göstərir ki, koronavirusdan sağalmış 4757 insanda bir il ərzində böyrəyin öz funksiyasını itirməsi 30 faiz təşkil edib. Bu, bir ildə orqanizmin 30 il qocalması deməkdir”, – deyə tibb işçilərindən biri Ziyad Əli deyib.  

araz.az xəbər portalı.

araz.az xəbər portalı.