Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.
Qarşıdan növbəti tədris ilində ənənəvi təhsil bərpa olunacaq, yoxsa distant təhsil davam etdiriləcək?
araz.az redaktor.az-a istinadən bildirir ki, millət vəkili Musa Quliyevin dediyinə görə, tədrisin hansı formada (ənənəvi, məsafədən, yoxsa hibrid) başlaması koronavirusla bağlı yaranmış şəraitdən asılı olacaq:
“Müvafiq hökumət qurumlarımız vəziyyəti dərindən öyrənir, bu baxımdan ən düzgün olan qərarı verəcəklər. Bizim isə vətəndaş kimi vəzifəmiz və borcumuz hökumətimizin qəbul etdiyi qərarlara riayət etmək olmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.