1630742405 1628691431 1626262158 thumbs b c 6eb96d2c8ffc47b4252f4bf1dd7a52f3

Dünyada COVID-19 pandemiyasından vəfat edənlərin sayının 4,5 milyondan bir qədər çox olduğu bildirilir. Amma bu, rəsmi statistikadır. Reallıqda isə vəfat edənlərin sayı bundan üç dəfə artıqdır.

araz.az Reyting.az-a istinadən xəbər verir ki, bu barədə populyar “The Economist” dərgisinin araşdırmasında bildirilir.

Qeyd olunur ki, Çin, Rusiya, Hindistan və Latın Amerikası ölkələrində rəsmi rəqəmlər vəfat edənlərlə bağlı həqiqəti əks etdirmir. İddia olunur ki, dünyada koronavirusdan vəfat edən insanların sayı 15 milyondur.

Rəsmi məlumatlarda bildirilir ki, 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus epidemiyasına keçən müddətdə 220 milyon insan yoluxub, 4,5 milyon insan virusun təsirindən həyatını itirib.

Pandemiyanı bitirmək üçün vaksin kampaniyası davam edərkən ortaya çıxan yeni ştamm və variantlar virusun yenidən sürətlə yayılmasına səbəb olur. Variant təhdidləri, habelə mütəxəssislərin koronavirusla bağlı məlumatlarının gerçəyə uyğun olmadığına dair yeni bir iddia da ortaya çıxır.

Araşdırmaya görə, dünya üzrə koronavirusdan ölü sayı 4,5 milyon deyil, bundan dəfələrlə çox – 15 milyon civarındadır.

Ehtimal edilir ki, ölü sayının az göstərilməsi Çin, Rusiya və Hindistan kimi əhalisi çox olan ölkələrdə koronavirus səbəbindən ölənlərin sayının az göstərilməsidir.

Latın Amerikası və Afrikada da buna bənzər nəticənin olduğu vurğulanır. Mütəxəssislər sözügedən ölkələrdə koronavirus səbəbindən ölən çoxlu sayda insana test belə tətbiq edilmədiyini vurğulayırlar. Həmçinin xəstəxanalarda xəstə sayının çox olması da itkilərin artması ilə nəticələnir.

Latın Amerikası ölkələrindən nümunə gətirilən araşdırmada qeyd olunur ki, Nikoraquada rəsmi olaraq 200 insanın koronavirusdan vəfat etdiyi açıqlansa da, real rəqəmlər 9900-dən çoxdur.

Koronavirus səbəbindən 586 itkinin elan olunduğu Haitidə isə azı 2 mindən çox insan vəfat edib.

Venesuelada bu rəqəmin açıqlanan rəsmi rəqəmlərindən daha çox olmasına şübhə edilmir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.