bandicam 2021 09 05 13 01 26 419

Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov özünün “trol ordusu”na 50 milyon manat pul xərcləyib. İddialara görə, Həsənov həmin şəxslər vasitəsilə özünün və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin əleyhdarlarına qarşı kampaniya aparıb, mətbuatda, sosial şəbəkələrdə onları söydürməklə məşğul olub. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında Ramiz Mehdiyevin repressiyalarına ilk məruz qalanlardan olduğunu deyib.
araz.az da, həmin açıqlamanı oxucularına təqdim edir:

“2010-cu ildə “Xural” qəzetində Ramiz Mehdiyev haqqında 2 səhifəlik müsahibəm getmişdi. Orada Ramiz Mehdiyevin Moskvada İlham Əliyevin əleyhinə təbliğat apardığını demişəm. Bütün təbiğat aparanlarında başında həmişə Ramiz Mehdiyev dayanıb. Ona qarşı çıxandan sonra məni həbs elətdirməyə çalışdı. Lakin bacramadı. Əvəz Zeynallını həbs elətdirdi. Ramiz Mehdiyev o oyunlarla məşğuldur. O istəmirdi ki, kimsə onun oyunlarını açsın.

Həmin ərəfədə Ramiz Mehdiyevin vəzifədə olan adamları xahiş etdilər ki, onun haqda danışmayım. Müəyyən nazirlər xahiş etdi ki, o məqaləni qəzetdən çıxartdır. Amma bu mümkün deyildi. Bundan sonra Ramiz Mehdiyev mənə qarşı daha da aqressiv oldu. Mən 4 dəfə prezidentliyə namizəd olduğum ərəfədə də mənim qarşımı kəsdi”.

Hafiz Hacıyev deyib ki, bu gün Azərbaycanda nə qədər qeyri-sağlam qüvvələr varsa, hamısı Ramiz Mehdiyevin kadrlarıdır: Onlar ölkədə vəziyyəti gərginləşdirməklə məşğuldurlar. Onlar qeyri-sabitlik yaratmaqdan ötrü bütün gücləri ilə çalışırlar. Hətta Dağlıq Qarabağda əldə etdiyimiz qələbəni də həzm edə bilmirlər. Mənim iki-üç ay xəstə olmağım Ramiz Mehdiyevin əl-qolunu açdı. Amma sevinməsinlər, yenə qarşılarındayam”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.